Əsas məzmuna keç

“Apple” hesablarının ələ keçirilməsi ilə bağlı ciddi xəbərdarlıq

“Apple” hesablarının ələ keçirilməsi ilə bağlı ciddi xəbərdarlıq

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Apple” şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edir...

en ru

Milli Agentliyi (MKA) “” şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, “iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.

Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, “” və “Telegram” hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;

Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın

Avtomatik sistem yeniləmələrini aktiv edin.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…