Əsas məzmuna keç

Seçkiləri xarici təhdidlərdən qorumaq üçün direktiv imzaladı

Seçkiləri xarici təhdidlərdən qorumaq üçün direktiv imzaladı

Pentaqon rəhbəri Pit Heqsetin qərarı ilə ABŞ-da səsvermə prosesinə kiber müdaxilələrin qarşısı alınacaq. General Coşua Radd və Şon Parnell hansı addımları atır?

en ru

Pit Heqset noyabrda keçiriləcək aralıq seçkiləri xarici təhdidlərdən qorumaq məqsədilə direktiv imzalayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Direktivə əsasən, ABŞ Kibermüharibə Komandanlığı və Pentaqonun kəşfiyyat strukturları seçkilərlə bağlı kiber təhdidlərə xüsusi diqqət yetirəcək.

Federal, ştat və yerli hakimiyyət orqanları ilə koordinasiya çərçivəsində həyata keçiriləcək tədbirlər xarici müdaxilələrin və xarici aktorların seçkiləri pozmağa yönəlmiş cəhdlərinin qarşısının alınmasına yönəldiləcək.

Pentaqonun nümayəndəsi Şon Parnell bildirib ki, azad və ədalətli seçkilər ABŞ respublikasının əsasını təşkil edir:

"Federal, hökumət və yerli tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində ABŞ Kibermüharibə Komandanlığı və Müdafiə Nazirliyinin kəşfiyyat strukturları Amerika seçki sistemlərinin bütövlüyünü qoruyacaq, xarici tərəflərin zərərli təsirlərini müəyyənləşdirəcək və əsas azadlıqları qorumaqla demokratik proseslərin xarici müdaxilələrdən təhlükəsizliyini təmin edəcəklər".

ABŞ Kibermüharibə Komandanlığının rəhbəri və Milli Təhlükəsizlik Agentliyinin direktoru general Radd isə bildirib ki, hər iki qurum artıq kiber təhdidlərin müəyyənləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…