Əsas məzmuna keç

Rusiya media resursunda dezinformasiya yayılıb

Rusiya media resursunda dezinformasiya yayılıb

İnternetin rusdilli seqmentində "Tsargrad.tv" resursundan qaynaqlanan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək...

en ru

İnternetin rusdilli seqmentində "Tsargrad.tv" resursundan qaynaqlanan və arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatlar yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

"Azərbaycana qarşı , saxta və manipulyativ məzmunlarla ictimai çaşdırmağa çalışan, Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq".

MEDİA hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə çağırıb.

"Agentlik bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…