Əsas məzmuna keç

Media və Yayım Şurası Bəyanat yaydı

Media və Yayım Şurası Bəyanat yaydı

Media və Yayım Şurası ölkədəki jurnalistlərin fəaliyyəti ilə bağlı vacib qərar qəbul edib. Qurumun son bəyanatında hansı məhdudiyyətlər və yeniliklər var?

en ru

İranın "Səhər" ("Sahar Azəri") telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirib, onları Azərbaycanda hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə və Şurasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, hadisənin məkanını və mahiyyətini edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir:

"Bu telekanalın fəaliyyəti əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir".

Media və Yayım Şurası bildirib ki, məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilib.

"Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…