Əsas məzmuna keç

"Putin yalnız gücü anlayır"

"Putin yalnız gücü anlayır"

ABŞ-nin kəşfiyyat məlumatlarını kəsmək təhdidinə Zelenskidən cavab: Kiyev Rusiyanın enerji infrastrukturuna və neft emalı zavodlarına zərbələri davam etdirəcək.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"ABŞ Ukraynanı Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcəyi təqdirdə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq ehtimalı barədə xəbərdar edib".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidenti Volodimir Zelenski deyib

Zelenskinin sözlərinə görə, Vaşinqton Kiyevə açıq şəkildə çatdırıb ki, Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumlarını davam etdirərsə, kəşfiyyat sahəsində əməkdaşlığa yenidən baxıla bilər.

Ukrayna Prezidenti qeyd edib ki, Kiyev Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətmək məqsədilə ölkənin və logistika infrastrukturuna zərbələr endirir.

Zelenski Ukraynanın hərbi əməliyyatların dayandırılmasında maraqlı olduğunu, lakin Ukraynanın enerji infrastrukturunu vurmağa davam etdiyi müddətdə bu cür hücumlardan imtina etməyəcəyini vurğulayıb.

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir diplomatik səylərə Ukraynanın tərəfdaşlarının gözlədiyi şəkildə reaksiya vermir.

"Putin yalnız gücü anlayır", - Zelenski vurğulayıb.

ABŞ və Rusiya arasında Rusiya dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmaya toxunan Zelenski bildirib ki, Rusiya yanacağına qarşı sanksiyaların müvəqqəti dayandırılması ABŞ-də qiymətlərə təsir göstərməyəcək.

Onun sözlərinə görə, nəzərdə tutulan 1,8 milyon ton yanacaq həcmi bunun üçün kifayət deyil.

Ukrayna Prezidenti hesab edir ki, bu qərar Moskvanın müharibəni davam etdirmək üçün daha çox maliyyə əldə etməsinə şərait yaradacaq. Zelenski dizel yanacağının qiymətinin artmasının Hörmüz boğazının blokadaya alınması ilə əlaqəli olduğunu da qeyd edib.

Trampın oktyabrın 11-də elan etdiyi enerji atəşkəsi barədə danışan Zelenski isə bu məlumatı digərləri kimi ABŞ prezidentinin sosial şəbəkələrdəki paylaşımından öyrəndiyini bildirib.

Bununla belə, ABŞ Prezidenti Tramp oktyabrın 13-də Vaşinqtonun Kiyevə yardım göstərməyə və onunla kəşfiyyat məlumatlarını bölüşməyə davam etdiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…