Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

2 dəq
Paylaş:
Media və Yayım Şurasının sturukturu formalaşdırıldı

Media və Yayım Şurası yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun tətbiqi barədə Fərmanında əksini tapıb.

Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.

Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.

Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.

bir ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməli, cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməli, Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax