Əsas məzmuna keç

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Əhməd İsmayılov və Ferhat Pirinççi rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə və birgə media layihələrinin gələcəyini müzakirə ediblər.

ru en

Bu gün Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Pirinççinin rəhbərlik etdiyi ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib. Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müasir informasiya çağırışlarına qarşı koordinasiyalı yanaşma imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…