Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsinin növbəti qalibi “Neftçi”nin futbolçusu Qustavo Klinsman olub.
Klinsman mükafatı “İmişli” – “Neftçi” qarşılaşmasının 80-ci dəqiqəsində vurduğu akrobatik qola görə alıb. Həmin qol ayın ən yaxşı qolu seçilib.
Azərbaycan Premyer Liqasına transferindən sonrakı ilk oyunlarında parlaq çıxış etməyən futbolçu zaman keçdikcə komandasının əsas simalarından birinə çevrilib.
“Ayın qolu” layihəsi çərçivəsində Azərbaycan Premyer Liqasında vurulan ən baxımlı qolların müəllifləri mükafatlandırılır.