Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
"Süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda deyilir.
MEDİA məlumat yaydı - 27.12.2025
bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. "Süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud...
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
MEDİA “Meta”ya çağırış edib
Əlaqəli xəbərlər
Ən çox oxunan
- Pensiya alanlara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
- Dövlət və hərbi qulluqçulara ŞAD XƏBƏR - Pensiya və maaşlar ARTACAQ
- Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI
- Bakıda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
- Sahil Babayev YENİ QƏRAR VERDİ
Növbəti xəbər yüklənir…