Azərbaycan təmsilçisi “Zəngəzur” UEFA Regionlar Kubokunda ilk matçına çıxıb.
7-ci qrupda mübarizə aparan komanda I turda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşıb. Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında keçirilən görüş rəqibin 12:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zəngəzur” qrupdakı növbəti oyununu noyabrın 24-də Türkiyənin “İstanbul” komandasına, daha sonra isə noyabrın 27-də Rumıniyanın “The Carpathians” klubuna qarşı keçirəcək.