Əsas məzmuna keç

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında...

en ru

"Türkiyənin bəzi resurslarında və hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Media və Şurasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür.

"Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa, ictimaiyyəti isə belə paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırır", - deyə açıqlamada vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…