Əsas məzmuna keç

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - RƏSMİ AÇIQLAMA

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - RƏSMİ AÇIQLAMA

Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi tibb müəssisələrində geyim qaydaları ilə bağlı yayılan dezinformasiyanın ictimaiyyəti çaşdırdığını bəyan edib.

en ru

“Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Media və Şurası və Səhiyyə Nazirliyinin birgə açıqlamasında qeyd edilib.

“Bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır. tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Respublikası Media və Yayım Şurası media subyektlərini və istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”, - deyə açıqlamada qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…