Əsas məzmuna keç

"Real"ın hücumçusuna İngiltərə, İtaliya və Almaniya klublarından maraq

"Real"ın hücumçusuna İngiltərə, İtaliya və Almaniya klublarından maraq

Madridin "Real" klubunun gənc hücumçusu Qonsalo Qarsiya yay transfer pəncərəsində komandanı tərk edə bilər.

ru en

Madridin "Real" klubunun 22 yaşlı hücumçusu yay pəncərəsində başqa komandaya keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün onun gedişi ilə bağlı ehtimallar getdikcə artır.

Gənc istedada bir neçə böyük klub elçi düşüb. Belə ki, İtaliyanın """Roma", Almaniyanın "" (Dortmund) komandaları, həmçinin İngiltərə Premyer Liqasının adı açıqlanmayan bəzi təmsilçiləri onu öz heyətlərində görmək istəyirlər.

Hazırda "Transfermarkt" portalının ekspertləri Qarsiyanın transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirirlər.

Cari mövsümdə forvard Madrid təmsilçisinin heyətində çıxış etdiyi 34 qarşılaşmada 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…