Əsas məzmuna keç

"Real Madrid"in hücumçusu üçün əsas namizəd bəlli olub

"Real Madrid"in hücumçusu üçün əsas namizəd bəlli olub

İspaniyalı forvard Qonsalo Qarsiya karyerasını La Liqanın digər təmsilçisində davam etdirə bilər.

en ru

""in 22 yaşlı hücumçusu Qonsalo Qarsiya yaxın aylarda klubunu dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçunun bazarına çıxarılması ilə bağlı xəbərlər bir müddətdir ki, idman mediasının gündəmindədir.

Perspektivli forvardı heyətinə qatmaq istəyən klublar arasında hazırda "Real Sosyedad" rəqiblərini qabaqlayır.

Madrid təmsilçisi futbolçunun satışından kifayət qədər yüksək gəlir əldə etməyi hədəfləyir.

Transfer bazarında dəyəri 30 milyon avro olaraq qiymətləndirilən Qarsiya, ötən mövsüm əsasən ehtiyat oyunçular skamyasında yer almasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərib.

O, "Real Madrid"in heyətində meydana çıxdığı 39 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…