UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçiriləcək “Sabah” – “Barselona” matçına satılan biletlərin sayı açıqlanıb. Paket satışlar da nəzərə alınmaqla, qarşılaşma üçün indiyədək 62 min bilet satılıb.
Bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
“Barselona” bu gün Bakı vaxtı ilə saat 16:00-da Josep Tarradellas hava limanından Bakıya yola düşəcək. Komandanın paytaxta saat 21:10-da çatması planlaşdırılır.
Turnir cədvəlində dörd turdan sonra “Barselona” 9 xalla beşinci, “Sabah” isə 3 xalla 31-ci pillədə qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.