Əsas məzmuna keç

"Milan" və "Yuventus" Robert Levandovski üçün mübarizəyə qoşulub

"Milan" və "Yuventus" Robert Levandovski üçün mübarizəyə qoşulub

Polşalı hücumçu Robert Levandovskinin "Barselona" ilə müqaviləsi başa çatdıqdan sonra İtaliya A Seriyasına keçəcəyi gözlənilir.

en ru

Polşalı hücumçu Levandovskinin "" klubundakı gələcəyi qeyri-müəyyənliyini qoruyur.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, onun müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bu il 37 yaşı tamam olacaq futbolçuya İtaliyanın A Seriyası nəhəngləri böyük göstərir. İspaniya mətbuatının məlumatına görə, "Milan" klubunun nümayəndələri ötən çərşənbə axşamı oyunçunun agentləri ilə görüş keçirib. İtaliya təmsilçisi hücumçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Levandovski üçün mübarizə aparan yeganə klub "Milan" deyil. "" da Kataloniya klubundakı vəziyyəti diqqətlə izləyir və futbolçuya aktiv maraq göstərir.

Eyni zamanda, oyunçunun agenti Pini Zahavi bu həftə "Barselona" rəhbərliyi ilə birbaşa danışıqlar aparmaq üçün İspaniyaya səfər edib. İtaliyalı mənbələr "Milan" ilə danışıqların ciddi xarakter daşıdığını və əfsanəvi bombardirin İtaliyaya köçmə ehtimalının yüksək olduğunu təsdiqləyirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…