Əsas məzmuna keç

Robert Levandovski "Barselona"dan ayrılmağa yaxındır

Robert Levandovski "Barselona"dan ayrılmağa yaxındır

Polşalı hücumçunun mövsümün sonunda azad agent kimi Kataloniya klubunu tərk edəcəyi gözlənilir.

en ru

Polşalı ulduz hücumçu Levandovskinin mövsüm başa çatdıqdan sonra "" tərk ehtimal olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər gələn yay başa çatacaq müqavilənin yenilənməsi şərtləri üzrə hələ də ortaq məxrəcə gələ bilməyiblər.

Kataloniya təmsilçisinin 37 yaşlı forvardla əməkdaşlığı davam etdirmək şansları sürətlə azalır. Hər şey futbolçunun komandadan azad statusunda gedəcəyinə işarə edir.

Qeyri-rəsmi xəbərlərə əsasən, rəhbərlik təcrübəli oyunçuya maaşın əhəmiyyətli dərəcədə azaldılması şərti ilə yalnız yeni bir illik müqavilə təklif edir.

Xatırladaq ki, Levandovski "Barselona"ya 2022-ci ildə "Bavariya"dan transfer olunmuşdu.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…