“Liverpul” mövsümə uğursuz start verdikdən sonra heyətini gücləndirmək variantlarını nəzərdən keçirir. Mersisayd klubu yarımmüdafiə xətti üçün “Barselona”nın futbolçusu Frenki de Yonqu transfer etməkdə maraqlıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" "“El Nacional” nəşrinə istinadən xəbər verir ki,“Liverpul” de Yonqla bağlı mümkün razılaşmaya öz futbolçusu Florian Virtsi daxil etmək istəyir.
Bu halda “Barselona”nın İngiltərə klubuna əlavə ödəniş etməsi də gündəmə gələ bilər.
“Barselona”nın transfer tələbi
Kataloniya təmsilçisi de Yonqu satmağa açıqdır, lakin onun üçün ən azı 65 milyon avro tələb edir. “Liverpul” isə bu məbləği yüksək hesab edir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Liverpul”da özünü tam göstərə bilməyən Virtsə maraq göstərir. Bununla belə, kataloniyalıların həmin mövqedə artıq bir neçə futbolçusu var və onların İngiltərə klubunun təklifini qəbul edib-etməyəcəyi məlum deyil.