Əsas məzmuna keç

"Real" Rüdigerə yeni müqavilə təklif etdi

"Real" Rüdigerə yeni müqavilə təklif etdi

İspaniya nəhəngi "Real" komandanın təcrübəli müdafiəçisi Antonio Rüdiger ilə müqaviləni yeniləmək niyyətindədir.

en ru

İspaniyanın "Real" klubu komandanın müdafiəçisi Rüdiger ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəhbərlik almaniyalı mərkəz müdafiəçisinə bir illik yeni müqavilə təklif edib.

Lakin tərəflər arasında bəzi fikir ayrılıqları mövcuddur. Belə ki, Rüdiger əvvəlcədən müqavilənin bir deyil, iki mövsümlük uzadılmasını istəyirdi. Futbolçunun klubun bu təklifinə necə reaksiya verəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, 33 yaşlı oyunçu üçün bu razılaşma karyerasındakı son böyük müqavilə ola bilər. Bu səbəbdən onun daha uzunmüddətli və maliyyə baxımından daha sərfəli tələb edəcəyi istisna olunmur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…