Əsas məzmuna keç

"PSJ" rusiyalı qapıçı Matvey Safonovla yollarını ayıra bilər

"PSJ" rusiyalı qapıçı Matvey Safonovla yollarını ayıra bilər

Fransa nəhəngi heyətində dəyişikliklərə hazırlaşır: Matvey Safonovun gələcəyi sual altındadır.

en ru

Fransanın "PSJ" klubunun rusiyalı qapıçısı Safonovun gələn il təmsilçisini tərk edə biləcəyi iddia olunur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" qəzeti məlumat yayıb.

Məlumata görə, "PSJ" rəhbərliyi heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır və qapıçı mövqeyi üzrə yeni strategiya üzərində işləyir. Paris klubunun yaxın gələcəkdə "Parma"nın yaponiyalı qapıçısı Zion Suzukini etmək istədiyi bildirilir.

Qeyd olunur ki, "PSJ" bu transfer baş tutacağı təqdirdə Suzukini dərhal "Yuventus"a icarəyə göndərməyi, növbəti yay mövsümündən isə onu əsas qapıçı kimi komandaya qaytarmağı planlaşdırır.

Bu ssenari reallaşarsa, Fransa çempionu qapıçılarından biri ilə yollarını ayırmalı olacaq. Mənbənin məlumatına əsasən, klub rəhbərliyi və ya Luka Şevalyenin komandadan göndərilməsi variantını nəzərdən keçirir.

Bildirilir ki, yekun qərar qapıçıların yeni mövsümdəki çıxışlarından və əsas heyət uğrunda mübarizədə göstərəcəkləri performansdan asılı olacaq.

Xatırladaq ki, Matvey 2024-cü ildən "PSJ"nin formasını geyinir. Rusiyalı qapıçı ötən mövsüm bütün turnirlər üzrə 26 oyunda meydana çıxıb və qapısında 27 qol görüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…