Əsas məzmuna keç

“Mançester Yunayted” dünya çempionatının parlayan ulduzunu heyətinə qatmaq istəyir

“Mançester Yunayted” dünya çempionatının parlayan ulduzunu heyətinə qatmaq istəyir

İngiltərə nəhəngi İsveçrə millisinin 20 yaşlı yarımmüdafiəçisi Yohan Manzambini transfer etməyi hədəfləyib.

en ru

“” klubu cari dünya çempionatında nümayiş etdirdiyi parlaq oyunla diqqət mərkəzinə düşən gənc istedadı etməyə hazırlaşır. Söhbət “Frayburq”un və İsveçrə yığmasının 20 yaşlı yarımmüdafiəçisi Yohan Manzambidən gedir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “qırmızı şeytanlar” bir müddətdir ki, gənc futbolçunun çıxışını yaxından izləyirlər.

Klub rəsmiləri oyunçunun potensialından olduqca təsirləniblər.

Lakin Manzambi uğrunda mübarizə aparan tək klub “Mançester Yunayted” deyil. “Nyukasl” komandası da istedadlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Məşhur “Transfermarkt” portalı gənc futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Dünya çempionatında İsveçrə millisinin heyətində meydana çıxdığı 4 qarşılaşmada 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Manzambi turnirin kəşflərindən biri hesab olunur.

Qeyd edək ki, İsveçrə yığması artıq 1/8 final mərhələsinə vəsiqə qazanıb və növbəti oyunda Kolumbiya ilə qarşılaşacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…