Əsas məzmuna keç

“Ramştayn” qrupunun növbəti toplantısının tarixi açıqlanıb

“Ramştayn” qrupunun növbəti toplantısının tarixi açıqlanıb

Almaniyanın Ramştayn aviabazasında deyil, Brüsseldə təşkil olunacaq tədbirdə Ukraynaya hərbi yardımın davam etdirilməsi və müdafiə dəstəyi müzakirə ediləcək.

en ru

Ukraynanın müdafiəsi üzrə Qrupunun "Ramştayn" formatında növbəti, 37-ci iclası bu il noyabrın 17-də NATO-nun mənzil-qərargahında keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 17-də Böyük Britaniya və Almaniya NATO-nun mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasını çağıracaq", - məlumatda bildirilib.

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında əvvəlki, 36-cı iclası sentyabrın 9-da keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…