ABŞ dövlət katibi Marko Rubio Ukraynanın NATO-ya üzvlüyü məsələsinin hazırda müzakirə olunmadığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil, çünki belə bir qərar yalnız bütün üzv dövlətlərin yekdil razılığı əsasında qəbul edilə bilər", - ABŞ dövlət katibi qeyd edib.
Rubio vurğulayıb ki, Vaşinqton hazırda Rusiya ilə Ukrayna arasında döyüşlərin dayandırılmasına diqqət yetirir.
ABŞ dövlət katibi həmçinin Vaşinqtonun münaqişənin nizamlanması prosesində konstruktiv rol oynamağa çalışdığını bildirib.