Əsas məzmuna keç

Qətər İranın Azərbaycana dron hücumunu rəsmi şəkildə pislədi

Qətər İranın Azərbaycana dron hücumunu rəsmi şəkildə pislədi

Doha XİN Naxçıvan hava limanına PUA zərbələrini və Türkiyəyə raket təhdidini kəskin tənqid etdi. Bakı və Ankara ilə həmrəylik nümayiş etdirən bəyanatın detalları:

en ru

Dövləti, Azərbaycanın hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Qətər Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bəyanatda vurğulanıb ki, rəsmi qardaş Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Respublikasında mülki infrastruktura — hava limanına İran PUA-ları ilə edilən hücumları qəbuledilməz sayır.

"Belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir", - deyə sənəddə bildirilib.

Qətər XİN xəbərdarlıq edib ki, İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi artırması son dərəcə təhlükəlidir.

Nazirlik bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinə riayət edərək region xalqlarının maraqlarını üstün tutmağa çağırır.

"Nazirlik Qətər Dövlətinin qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, həmçinin onların öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə dəstəyini ifadə edir", - bəyanatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…