Əsas məzmuna keç

Pezeşkian: “Regionun təhlükəsizliyi üçün ABŞ-nin gəlməsinə ehtiyac yoxdur”

Pezeşkian: “Regionun təhlükəsizliyi üçün ABŞ-nin gəlməsinə ehtiyac yoxdur”

İran prezidenti Məsud Pezeşkian bildirib ki, bölgə ölkələri bir-birinə yardım etməklə təhlükəsizliyi təmin edə bilər. O, ABŞ-ın bölgəyə təhlükəsizliyi təmin etmək iddiası ilə gəlməsinə ehtiyac olmadığını deyib.

en ru

İran Prezidenti Milli Təbiət Ərazilərinin Qoruyucuları Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı mühüm regional mesajlar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İran Administrasiyasının məlumatına istinadən xəbər verib.

Pezeşkian bölgə dövlətlərinin təhlükəsizliyi xarici müdaxilə olmadan, birgə səylərlə təmin edə biləcəyini vurğulayıb: “Ətrafımızdakı bütün ölkələrlə qardaşıq və hamımız müsəlmanıq. Buna görə də bir-birimizə yardım edə və bölgəmizin təhlükəsizliyini özümüz təmin edə bilərik”.

İran ABŞ-nin hərbi büdcəsinin böyük hissəsini silahlanmaya ayırdığını iddia edərək Vaşinqtonun regional siyasətini sərt tənqid edib. Pezeşkian bildirib ki, insanlığa qarşı cinayətlər törədən ABŞ-nin təhlükəsizlik bəhanəsilə dünyanın digər ucundan bölgəyə gəlməsinə heç bir ehtiyac yoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…