Əsas məzmuna keç

Paytaxtın 95 küçə və prospektində təmir yekunlaşıb

Paytaxtın 95 küçə və prospektində təmir yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının 12 inzibati rayonunda 48,7 kilometr uzunluğunda asfalt örtüyünün yenilənməsini yekunlaşdırıb.

en ru

Bakıda həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində indiyədək 95 və prospektdə işlər tam yekunlaşıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmiri başa çatdırılmış yolların ümumi uzunluğu 48,7 kilometr təşkil edir.

Bakı şəhərində ümumilikdə 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Qısa müddət ərzində proqram üzrə nəzərdə tutulan küçə və prospektlərin 86,4 %-də tamamlanıb. İndiyədək döşənmiş örtüyünün ümumi sahəsi isə 750 526 kvadratmetrə çatıb.

Təmir tədbirləri paytaxtın müxtəlif ərazilərini əhatə edir. Görülən işlər şəhərin yol infrastrukturunun yenilənməsinə, avtomobillərin hərəkət şəraitinin və yolların istismar göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.

Hazırda proqram çərçivəsində daha 15 küçə və prospektdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Onlardan 5-də işlər davam etdirilir.

Agentliyin məlumatına əsasən, indiyədək Bakı şəhərinin bütün 12 inzibati rayonunu əhatə edən, belə geniş həcmdə asfalt örtüyünün yenilənməsini nəzərdə tutan təmir proqramı həyata keçirilməyib.

Proqram başa çatdıqdan sonra paytaxt üzrə ümumilikdə 110 küçə və prospektdə yol infrastrukturu yenilənmiş olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…