“Sportinq” “Lion” və Fransa klubunun baş məşqçisi Paulu Fonseka ilə razılığa gəlib. A Bola-nın məlumatına görə, Mozambikdə anadan olan mütəxəssis yaxın vaxtlarda Lissabon təmsilçisinə rəhbərlik edəcək.
Komandanın hazırkı baş məşqçisi Rui Borjes çərşənbə axşamı “Şaxtyor”la Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyasında olmayacaq. O, “Sportinq” rəhbərliyi ilə müqaviləyə xitam verilməsi barədə artıq razılığa gəlib.
Paulu Fonsekanın “Sportinq”in baş məşqçisi kimi ilk oyununun şənbə günü keçirilməsi gözlənilir. Lissabon klubu həmin gün Portuqaliya çempionatının 11-ci turunda öz meydanında “Moreyrense”ni qəbul edəcək.