İslamabad bundan əvvəl İstanbuldakı danışıqların heç bir nəticə vermədiyini bildirmişdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Geo News" mənbələrə istinadən məlumat yayıb.
Pakistan Türkiyənin tələbi ilə əvvəlki danışıqların məqbul həllini əldə etmədikdən sonra Əfqanıstanla danışıqları bərpa etməyə razılaşıb.
"Vəziyyətlə tanış olan mənbələr Geo News-a bildiriblər ki, Pakistan sülhə daha bir şans vermək üçün dialoqu bərpa etmək qərarına gəlib. Əvvəlki danışıqların iflasından sonra vətənə qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti indi müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq", - nəşr qeyd edib.
Mənbələrin məlumatına görə, danışıqlarda Pakistanın Əfqanıstanla bağlı əsas tələbi - onun ərazisindən fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın, təsirli tədbirlər görülməsi müzakirə olunacaq.