Misli Premyer Liqasının VII turunda “İmişli” “Qarabağ”ı qəbul edəcək. Oktyabrın 11-də Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Matçın baş hakimi Elvin Bayramov olacaq. Ona Pərvin Talıbov və Eyyub İbrahimov kömək edəcəklər. Ruslan Quliyev dördüncü hakim, Vüqar Həsənli VAR, Teymur Teymurov isə AVAR hakimi kimi çalışacaq. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.
Komandalar indiyədək üç rəsmi oyunda üz-üzə gəlib. Hər üç matçda “Qarabağ” qalib gəlib və ümumilikdə altı qol vurub, öz qapısında qol görməyib.
Tərəflərin ilk görüşü 31 oktyabr 2025-ci ildə baş tutub və Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. 14 fevral 2026-cı ildəki matç 1:0, mayın 16-da keçirilən qarşılaşma isə 3:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. “İmişli” növbəti oyunda rəqibinə qarşı ilk qolunu vurmağa və ilk xalını qazanmağa çalışacaq.