Tərcümeyi-hal
Orxan Vidadi oğlu Məmmədov 1 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 2006-cı ildə Sənaye və Energetika Nazirliyində başlayıb. 2007-ci ilin martından 2018-ci ilin fevralınadək İqtisadiyyat Nazirliyində işləyib: Sahibkarlığın inkişafı siyasəti şöbəsində baş məsləhətçi və şöbə müdirinin müavini, Xarici iqtisadi əlaqələr şöbəsində müdir müavini, Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri olub. Bu dövrdə müxtəlif ölkələrlə yaradılmış hökumətlərarası komissiyaların 100-ə yaxın iclasında və işçi qruplarında təmsil olunub, bir sıra beynəlxalq tədbirlərin təşkilində iştirak edib.
27 fevral 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədridir.
İngilis, rus və türk dillərində danışır. Ailəlidir, üç övladı var.
Təhsil
- 2005 — Bakı Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi
- 2005 — Regent Universiteti (Böyük Britaniya), beynəlxalq biznes və maliyyə proqramı
- 2009 — Odlar Yurdu Universiteti, biznes administrasiyası üzrə magistr
- 2012 — Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə və kredit (ikinci təhsil)