Əsas məzmuna keç

Pakistan ABŞ və İranı danışıqlar masasına qayıtmağa çağırır

Pakistan ABŞ və İranı danışıqlar masasına qayıtmağa çağırır

Pakistan ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun icrasındakı çətinliklərə baxmayaraq, tərəflərin danışıqları bərpa etməsi üçün səylərini davam etdirir.

ru en

ABŞ və İranı masasına qayıtmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pakistan rəsmisi “The National” qəzetinə müsahibəsində danışıb.

ABŞ və İran arasında anlaşma memorandumunun niyə icra olunmadığına toxunan Əhməd tərəflər arasında qarşılıqlı etimad çatışmazlığının olduğunu bildirib.

Onun sözlərinə görə, memorandumun icrasına keçidlə bağlı hər iki tərəfdə müəyyən tərəddüd müşahidə olunur.

“Biz danışıqlar masasına qayıtmaq məsələsində israr edirik”, – deyə Əhməd vurğulayıb.

O qeyd edib ki, bütün çətinliklərə , Pakistan həm Vaşinqton, həm də Tehranla yüksək səviyyəli görüşləri davam etdirir.

ABŞ-nin, yoxsa İranın danışıqların davam etdirilməsində daha istəksiz olduğu barədə suala cavab verən Əhməd bunun məsuliyyətin kimə daha çox aid olduğunu və kimin danışıqlara qayıtmağa daha çox hazır olduğunu müəyyənləşdirmək qədər sadə olmadığını deyib.

Pakistan rəsmisi bildirib ki, şiddətli qarşıdurmaların və gərginliyin artdığı bir şəraitdə aprel ayında atəşkəsə nail olmaq, daha sonra tərəfləri bir araya gətirmək və onları anlaşma mətninə razı salmaq mümkün olubsa, yenidən danışıqlar masasına qayıtmaq üçün də heç bir səbəb yoxdur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…