Əsas məzmuna keç

İran Pakistanın atəşkəsin uzadılması ilə bağlı iddiasını təkzib etdi

İran Pakistanın atəşkəsin uzadılması ilə bağlı iddiasını təkzib etdi

Pakistan tərəfi ABŞ və İran arasında atəşkəsin uzadılması barədə razılıq əldə olunduğunu bildirsə də, Tehran rəsmiləri bu məlumatı rədd edib.

en ru

İran tərəfindən və İran arasında 60 günlük müddətinin uzadılması ilə bağlı razılıq əldə edildiyinə dair yayılan məlumatları təkzib edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə açıqlama verən iranlı rəsmi məlumat yayıb.

İranlı rəsmi ABŞ ilə atəşkəsin uzadılması istiqamətində hər hansı danışıqların aparılmadığını bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, ABŞ və İran arasında atəşkəsin başladığına dair rəsmi tarix yoxdur. Buna görə də mövcud olmayan bir razılaşmanın uzadılmasından danışmaq mümkün deyil.

Mənbə qeyd edib ki, ABŞ əldə olunmuş müvəqqəti razılaşmanı cəmi 48 saat ərzində pozub və daha sonra prosesdən geri çəkilib.

İran tərəfinin bildirdiyinə görə, hazırda əsas məsələ ABŞ-nin “”na nə vaxt qayıdacağı və üzərinə götürdüyü öhdəlikləri nə zaman yerinə yetirməyə başlayacağıdır.

İranlı rəsmi bu istiqamətdə hələlik heç bir irəliləyişin olmadığını vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…