Əsas məzmuna keç

Məktəb həyətindəki insidentin PƏRDƏARXASI - Direktor müavini DANIŞDI

Məktəb həyətindəki insidentin PƏRDƏARXASI - Direktor müavini DANIŞDI

225 nömrəli təhsil müəssisəsində baş verən insidentlə bağlı Zenfira Nursalova açıqlama verib, mübahisədə 9-11-ci sinif şagirdlərinin iştirak etdiyini deyib.

en ru

225 nömrəli məktəbin həyətində baş verən insidentdə iştirak edən şəxslərin kənardan gəldiyi barədə məlumatlar təkzib edilib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bunu oxu.az-a açıqlamasında məktəbin müavini Zenfira Nursalova bildirib.

Onun sözlərinə görə, insidentdə iştirak edənlərin hamısı məktəbin 9-11-ci şagirdləri olublar. Hadisə zamanı onların arasında yalnız bir nəfər məzun olub.

"Məktəbin həyətində kənar şəxslər olmayıblar. Yalnız bir nəfər məzunumuz olub. O da əvvəlcə məktəbdən kənarda idi. Hadisə vaxtı səs-küyə görə məktəbin həyətinə daxil olub.

Nə mühafizəçinin, nə də rəhbərliyinin sonradan həyətə toplaşan şəxslərlə hər hansı tanışlığı var. İnsident baş verdi və əməkdaşları həmin şəxsləri apardılar. Başqa heç nə baş verməyib.

Uşaqların məktəbli formasında olmadıqları barədə deyilənlər də doğru deyil. Hamısı məktəbli geyimində idilər, sadəcə, tənəffüs vaxtı olduğu üçün üst geyimlərini geyinmişdilər", - deyə Z.Nursalova qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…