Əsas məzmuna keç

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı
— Foto: idman.biz

Azərbaycanlı yunan-Roma güləşçisi Qazaxıstandakı dünya çempionatının finalında Ermənistan təmsilçisi Karen Aslanyana uduzub. Məmmədli nəticədən məyus olsa da, qazandığı medala görə minnətdarlığını bildirib.

en ru

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Nihat Məmmədli Qazaxıstanda keçirilən dünya çempionatının nəticələrini dəyərləndirib. Güləşçi turnirdə gümüş medal qazanıb.

“Əlhəmdülillah, dünya çempionatının gümüş mükafatçısı oldum. Məyus olmağımın tək səbəbi öz səhvlərimə görə qızıl medaldan, ikinci dünya çempionluğumdan məhrum olmağımdır. Qismətimdə bəlkə də qızıl medal idi, sadəcə mən buna tələsdim və nəticəsi mənim üçün ağır oldu”, – Məmmədli “Instagram” hesabında yazıb.

O, hər şeyin daha yaxşı olacağına inandığını, bunun üçün əlindən gələni edəcəyini qeyd edib. Məmmədli qazandığı nəticəyə görə minnətdarlığını bildirib, ona dəstək olanlara, zəhməti keçən şəxslərə və şərait yaradan federasiya rəhbərliyinə təşəkkür edib. Güləşçi onu təbrik edən və xoş sözlər yazanlara da minnətdarlığını çatdırıb.

63 kq çəki dərəcəsində çıxış edən Məmmədli finalda təmsilçisi Karen Aslanyanla qarşılaşıb və 4:8 hesabı ilə məğlub olub. Bu, onun dünya çempionatlarında qazandığı ikinci medaldır. Məmmədli 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl medal əldə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…