Əsas məzmuna keç

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı DANIŞDI

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı DANIŞDI

Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq PA rəhbərinə 14 il şərti cəza verib, AMEA üzvlüyündən çıxarılan R.Mehdiyevin qızı Kamilə Əliyeva susqunluq saxlayıb.

en ru

Administrasiyasının sabiq rəhbəri Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Oktyabrın 28-də isə Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” ölkə.az-a istinadla xəbər verir ki, bütün bunlarla bağlı onun qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə sualları cavablandırmaqdan imtina edib.

"Vaxtımız yoxdur, danışmaq da istəmirəm", - K.Əliyeva bildirib.

R.Mehdiyevin qızı daha sonra telefonu bağlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…