Əsas məzmuna keç

Pakistan BƏƏ-nin Barakah nüvə stansiyasına hücumu pislədi

Pakistan BƏƏ-nin Barakah nüvə stansiyasına hücumu pislədi

İslamabad "Barakah" atom müəssisəsinə edilən PUA zərbəsini tənqid etdi. XİN beynəlxalq hüququn pozulduğunu deyərək Əmirliklərlə tam həmrəy olduqlarını bəyan etdi.

en ru

Birləşmiş Ərəb Əmirliklərində Barakah stansiyasına pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumu kəskin şəkildə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, nüvə obyektlərinin qəsdən hədəfə alınması beynəlxalq hüququn və nüvə təhlükəsizliyi prinsiplərinin ciddi şəkildə pozulması hesab olunur.

“Nüvə qurğuları heç bir halda hədəfə alınmamalıdır”, - deyə Pakistan XİN vurğulayıb.

Rəsmi İslamabad həmçinin bildirib ki, Pakistan bu məsələdə Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəydir və regionda sabitliklə təhlükəsizliyin qorunmasını dəstəkləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…