Əsas məzmuna keç

Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq

Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq

Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, istehsal etdiyi neft məhsullarını o ölkələrə ixrac etsin."Operativ Məlumat...

en ru

Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, istehsal etdiyi məhsullarını o ölkələrə ixrac etsin.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu İlham Əliyev Yeni Partiyasının qurultayında çıxış edərkən deyib.

vurğulayıb ki, Azərbaycan bütün işləri vaxtında görüb:

"Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, - biz çox istərdik ki, dayansın, amma dayanmır, - ona görə bizim məhsullarımıza, qazımıza daha da artacaq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…