Əsas məzmuna keç

Maaşlar bu formada artacaq - Deputat açıqladı

Maaşlar bu formada artacaq - Deputat açıqladı

bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.O bildirib ki, Azərbaycanda minimum əməkhaqqı artımları artıq mütəmadi xarakter alacaq:"Dövlət...

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Prezident İlham Əliyev gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması barədə göstəriş verildiyini bildirib.
  • Vüqar Bayramovun sözlərinə görə, gələn ilin yanvarından pensiyalar indeksləşdirilərək artırılacaq; bu, 1 milyon 100 min vətəndaşı əhatə edəcək.
  • Deputat 2027-ci il büdcə xərclərinin 44 faizinin, 18,5 milyard manatdan çox vəsaitin sosial sahəyə yönələcəyini bildirib.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

" İlham Əliyev Yeni Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını bəyan edib. Azərbaycanın bununla bağlı göstərişin verildiyini bildirib. Bu növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.

Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır - AZƏRTAC

O bildirib ki, Azərbaycanda minimum əməkhaqqı artımları artıq mütəmadi xarakter alacaq:

"Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".

Millət vəkili deyib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur:

"Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq".

“2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18,5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu yeni sosial paketin anonsudur”.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…