Əsas məzmuna keç

Mirzoyan: TRIPP sayəsində Azərbaycan üzərindən üçüncü ölkələrlə əlaqələr quracağıq

Mirzoyan: TRIPP sayəsində Azərbaycan üzərindən üçüncü ölkələrlə əlaqələr quracağıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Regional Kommunikasiya Platformasının sərhədlərin açılması və ticarət əlaqələrinin inkişafına təsirindən danışıb.

en ru

"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" () layihəsinin reallaşdırılması Ermənistana Azərbaycanın ərazisi və infrastrukturu vasitəsilə üçüncü ölkələrlə əlaqələr yaratmağa imkan verəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın naziri Ararat bildirib.

TRIPP layihəsi və arasında sülh müqaviləsi imzalanmazdan əvvəl işə salına bilər.

O xatırladıb ki, sülh müqaviləsinin mətni artıq paraflanıb və hər iki ölkə rəsmi olaraq bəyan edir ki, onun məzmununu şübhə altına almırlar. İmzalanmış sazişin olmamasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında praktikada artıq real sülh bərqərar olub.

"Deməli, TRIPP-in işə salınması üçün sülh lazımdır və o, artıq mövcuddur", - A.Mirzoyan vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, proqramın əhəmiyyəti iqtisadi faydalarla məhdudlaşmır. Onun qiymətləndirməsinə görə, Ermənistan, Azərbaycan və üçüncü ölkələr arasında iqtisadi əlaqələrin inkişafı həm də sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə bilər.

Onun sözlərinə görə, TRIPP həmçinin Ermənistana daxili dəmir yolu əlaqələrini inkişaf etdirməyə və Şərq-Qərb kommunikasiyaları mərkəzinə çevrilməyə imkan verəcək. Layihəyə dəmir yolları, avtomagistrallar, optik kabellər, eləcə də, ola bilsin ki, neft və qaz boru kəmərləri daxil ola bilər. O vurğulayıb ki, onların tikintisi və istismarı ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanmalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…