Əsas məzmuna keç

Mirzoyan: TRIPP üç ölkə ilə sərhəd keçidini asanlaşdıracaq

Mirzoyan: TRIPP üç ölkə ilə sərhəd keçidini asanlaşdıracaq

bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.A.Mirzoyanın sözlərinə görə, TRIPP təkcə Azərbaycanla deyil, Gürcüstan və İranla da...

en ru

Milli Assambleyasında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi üzrə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanun layihəsi müzakirə olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin naziri Ararat bildirib.

A.Mirzoyanın sözlərinə görə, TRIPP təkcə Azərbaycanla deyil, Gürcüstan və İranla da sərhədlərin keçilməsini sadələşdirəcək: "Ümid edirəm ki, ilə açılacaq və o zaman biz də sahibkarların və vətəndaşların həyatını necə asanlaşdıracağımız barədə düşünəcəyik".

O, həmçinin dəmir yolundan başqa, TRIPP-in qalan bütün infrastrukturunun haradan keçəcəyi ilə bağlı sualı da şərh edib.

XİN rəhbəri bildirib ki, Meğridə dəmir yolu boyunca qaz və ya neft kəmərini təsəvvür etmir.

Onun sözlərinə görə, Araz çayı ilə qayalar arasındakı sahə çox dardır və çox az yer var. Oradan sovet dövründə olduğu kimi dəmir yolu və elektrik şəbəkələri keçə bilər. Onun fikrincə, bu infrastruktur başqa yerlərdə yaradıla bilər və söhbət təkcə Sünikdən getmir: “Ola bilsin ki, neft kəməri Ermənistanın şimalından keçsin. Ərazi müəyyən edilməyib. Buna görə də mən TRIPP-in eni barədə danışa bilmərəm, çünki belə bir şey yoxdur”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…