Əsas məzmuna keç

Ətraf mühitə təsirin qiymətləndirilməsi qaydaları təsdiqləndi

Ətraf mühitə təsirin qiymətləndirilməsi qaydaları təsdiqləndi

Dövlət başçısının təsdiqlədiyi yeni qanuna əsasən, ekoloji ekspertizadan keçməli olan obyektlərin siyahısı və təbiətə zərər vuran fəaliyyət növləri müəyyənləşib.

en ru

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Respublikasının qanunlarında dəyişiklik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham müvafiq qanunu imzalayıb.

Dəyişikliklə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hədləri müəyyənləşib.

Hədlər aşağıdakı kimi müəyyənləşdirilib:

- heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

- quşçuluq müəssisələri üçün 40 000 baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);

- balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…