Əsas məzmuna keç

Məkkə Birgə Müdafiə Sazişi Türkiyə parlamentinə təqdim edildi

Məkkə Birgə Müdafiə Sazişi Türkiyə parlamentinə təqdim edildi

Sazişlə bağlı qanun layihəsi əvvəlcə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına göndəriləcək. Sənəd Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının birgə çəkindirmə və müdafiə yolu ilə təhlükəsizliyini gücləndirməyi hədəfləyir.

en ru

, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd ilkin mərhələdə baxılması və qiymətləndirilməsi üçün parlamentin Xarici Əlaqələr Komissiyasına həvalə edilib.

Qeyd edək ki, sözügedən tarixi müqavilə cari ilin avqust ayının 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində — Əs-Səfa sarayında Türkiyə Prezidenti , Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi, bin Əbdüləziz Al Səud tərəfindən imzalanıb.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regional böhranların nizamlanmasında müştərək yanaşmalara sadiqliyini və Yaxın Şərq ilə Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmininə yönəlmiş ortaq strateji baxışını əks etdirən saziş, üç müttəfiq ölkənin müdafiə qabiliyyətini birgə çəkindirmə və kollektiv təhlükəsizlik mexanizmləri vasitəsilə möhkəmləndirməyi nəzərdə tutur. Sazişə əsasən, imzacı dövlətlərdən hər hansı birinə qarşı törədilən silahlı təcavüz və ya hərbi hücum hər üç ölkəyə qarşı yönəlmiş addım kimi qiymətləndiriləcək.

Qanun layihəsinin TBMM-in Xarici Əlaqələr Komissiyasında bəyənildikdən sonra parlamentin plenar iclasına çıxarılaraq ratifikasiya ediləcəyi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…