Əsas məzmuna keç

"Rusiyadan qaynaqlanan təhlükə Avropanın bütün siyasi sistemini əhatə edir"

"Rusiyadan qaynaqlanan təhlükə Avropanın bütün siyasi sistemini əhatə edir"

Almaniya kansleri Fridrix Merts Vladimir Putinin demokratik institutlara qarşı təhdidlərinin Avropa İttifaqı və ABŞ üçün strateji risk yaratdığını bildirib.

en ru

kansleri Merts Rusiyanın Avropa cəmiyyətlərinə təsirinin lazımi səviyyədə qiymətləndirilməməsindən narahatdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Almaniya kansleri açıqlama verib.

Onun sözlərinə görə, Prezidenti Vladimir Putinin ambisiyaları ərazilərinin ilhaqı ilə məhdudlaşmır, Kreml demokratik institutları, açıq cəmiyyətləri və Avropaya inteqrasiya prosesini zəiflətməyə çalışır.

Merts vurğulayıb ki, Rusiyadan qaynaqlanan təhlükə Avropanın bütün siyasi sistemini əhatə edir.

Almaniya kansleri ölkəsinin Avropadakı tərəfdaşları və Avropadan kənar dövlətlərlə birlikdə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini davam etdirmək öhdəliyi götürdüyünü bildirib.

O bunun büdcələr üçün ciddi yük yaratdığını etiraf etsə də, müharibə başa çatanadək Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Bu, həqiqətən də, büdcələrimiz üçün böyük yükdür və Avropa İttifaqı üçün çox mühüm məsələdir", - Merts qeyd edib.

Kansler eyni zamanda ABŞ Prezidenti Trampı sabit və güclü Avropanın Birləşmiş Ştatların da maraqlarına uyğun olduğuna inandırmağa çalışır. Onun fikrincə, Avropanın güclü tərəfdaş olması Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…