Operativ Məlumat Mərkəzi

Makron ödənişli hərbi təlimlə bağlı planı açıqladı

1 dəq
Paylaş:
Makron ödənişli hərbi təlimlə bağlı planı açıqladı

Fransa Rusiya ilə mümkün bir qarşıdurma narahatlığının artması səbəbilə 25 il əvvəl ləğv edilmiş hərbi xidmətin məhdudlaşdırılmış bir formasını yenidən həyata keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Prezident Emmanuel Makron gənc qadın və kişilərin könüllü olaraq 10 aylıq ödənişli hərbi təlim alacağı yeni planı açıqlayıb.

Proqramın gələn yaydan etibarən mərhələli şəkildə tətbiq olunmağa başlayacağı bildirilib.

İlk olaraq 18 və 19 yaşlılar proqrama qəbul ediləcək və onlara aylıq ən azı 800 avro ödəniş ediləcək.

“Təhlükədən qaçmağın yeganə yolu ona hazır olmaqdır. Özümüzü müdafiə etmək, hazır olmaq və hörmət görmək üçün milləti səfərbər etməliyik. Bu xidmət gəncliyə duyulan etimadın bir göstəricisidir", -Makron əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər