Əsas məzmuna keç

Avropa liderlərindən Ukraynaya güclü dəstək: yeni sülh prinsipləri razılaşdırıldı

Avropa liderlərindən Ukraynaya güclü dəstək: yeni sülh prinsipləri razılaşdırıldı

Zelenski, Starmer, Makron və Merz Londonda bir araya gələrək müharibənin sonu üçün yol xəritəsini müəyyənləşdirdi. NATO üzvlüyü və atəşkəs şərtləri nədən ibarətdir?

ru en

Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Kir , Fransa Prezidenti Emmanuel və Almaniya Kansleri Fridrix Merz Londonda keçirilən görüşdən sonra Ukraynaya dəstək barədə birgə bəyanat yayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin açıqlamasına istinadən “Armenpress” məlumat yayıb.

Bəyanatda Avropa ölkələrinin Ukraynaya qeyd-şərtsiz və qətiyyətli dəstəyini bir daha təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, Avropa Ukraynanın sabit və ardıcıl tərəfdarı kimi istənilən sülh nizamlanmasında mühüm rol oynayır və proses ABŞ və digər tərəfdaşlarla sıx koordinasiya şəraitində aparılmalıdır.

Liderlər görüşdə sülh prosesi ilə bağlı bir sıra prinsiplər üzrə razılığa gəliblər. Bunlara dərhal atəşkəs, hazırkı təmas xəttinin danışıqlar üçün əsas kimi qəbul edilməsi, Ukraynanın NATO da daxil olmaqla ittifaqlara qoşulmaq hüququnun tanınması və etibarlı zəmanətləri daxildir.

Həmçinin vurğulanıb ki, Rusiyanın vurduğu zərərin kompensasiyası təmin olunana qədər dondurulmuş aktivlər saxlanılmalıdır və sülh müqaviləsi Avropanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır.

Bəyanatda qeyd edilib ki, Avropa liderləri Ukraynaya dəstəyin davam etdirilməsində qətiyyətlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…