Əsas məzmuna keç

Makron partiya rəhbərləri ilə təhlükəsizlik müşavirəsi keçirəcək

Makron partiya rəhbərləri ilə təhlükəsizlik müşavirəsi keçirəcək

görüş Yelisey sarayında Baş nazir Sebastyan Lekornünün, hərbi rəhbərliyin və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək."Son günlər...

en ru

Fransa Prezidenti Emmanuel Makron cümə günü parlamentdə təmsil olunan partiyaların liderləri ilə münaqişələri və onların ölkənin təhlükəsizliyi və energetikası üçün nəticələrini müzakirə etmək məqsədilə görüş keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "Le Figaro"ya istinadən xəbər verir ki, görüş Yelisey sarayında Sebastyan Lekornünün, hərbi rəhbərliyin və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

"Son günlər beynəlxalq vəziyyətin sürətlə pisləşməsi fonunda Respublika prezidenti parlamentdə təmsil olunan partiyaların liderlərini Yaxın Şərq və Ukraynadakı münaqişələr və onların Fransa üçün və energetika sahəsindəki nəticələrinə dair görüşə dəvət edib", - Yelisey sarayının məlumatında bildirilib.

Hərbi və kəşfiyyat xidmətləri dövlət başçısının sərəncamında olan məlumatları təqdim edəcəklər.

Dəvət olunmuş hər bir siyasi qüvvədən yalnız bir nümayəndə - partiya lideri və ya seçkilərindəki namizəd iştirak edə biləcək. Görüşə həmçinin Senatın sədri Jerar Larşe və Milli Assambleyanın sədri Yael Braun-Pive də dəvət olunublar.

Bu həftənin əvvəlində Fransa prezidenti İraqın , Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Qətər əmiri ilə danışıqlar aparıb. Bu gün Makron Parisdə İordaniya kralını və Livan prezidentini qəbul edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…