“Real Madrid” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda Afinada AEK-i 3:2 hesabı ilə məğlub edib. Qarşılaşma “OPAP Arena” stadionunda keçirilib.
Abubakari Koita 12-ci dəqiqədə hesabı açıb, Cud Bellingem 32-ci dəqiqədə tarazlığı bərpa edib. Stavros Pilios 75-ci dəqiqədə AEK-i yenidən önə keçirib. Üç dəqiqə sonra Kilian Mbappe “Real Madrid”in ikinci qolunu vurub, Federiko Valverde isə 90+2-ci dəqiqədə qələbə topuna imza atıb. Koita 90+5-ci dəqiqədə qırmızı vərəqə alıb.
Dörd oyundan sonra AEK üç xalla turnir cədvəlinin 29-cu pilləsində qərarlaşıb. 12 xalı olan “Real Madrid” ikinci yerdədir.
Növbəti turda AEK noyabrın 24-də “Komo” ilə, “Real Madrid” isə həmin gün PSV ilə qarşılaşacaq.