Əsas məzmuna keç

Çin Mbappenin zarafatından sonra La Liqa yayımını dayandırıb

Çin Mbappenin zarafatından sonra La Liqa yayımını dayandırıb

Çin Media Qrupu Mbappenin Mao ilə bağlı zarafatına görə yaranan narazılıqdan sonra İspaniya La Liqa matçlarının yayımını dayandırıb. Qurum üzrxahlıqları qəbul etsə də, qadağanın nə qədər davam edəcəyini açıqlamayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

""in fransız ulduzu sosial şəbəkələrdə məşhurlaşan bir mem haqqında verdiyi açıqlamalara görə ciddi qalmaqalın mərkəzinə düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransanın "The Bridge" proqramında çıxış edən futbolçu onu ən çox güldürən memin üzərində Kommunist Partiyasının banisi Mao Zedunun cizgiləri olan şəkildə öz üzünün yerləşdirildiyi görüntü olduğunu bildirib.Mbappe müsahibəsində səriştəsiz ifadələr işlədərək çinli lideri "diktator" kimi qələmə verib.

Bu açıqlama Çində böyük narazılıq və kəskin reaksiya dalğasına səbəb olub. Mao Zedun hakimiyyəti dövründə milyonlarla insanın ölümünə yol açan "Böyük İrəli Sıçrayış" və Mədəni İnqilab kimi qanlı dövrlərə rəhbərlik etməsinə baxmayaraq, hazırda Çin Kommunist Partiyası və ölkə cəmiyyəti tərəfindən ehtiramla yad edilən tarixi şəxsiyyət hesab olunur.

Yaranmış qalmaqaldan sonra Çin Mərkəzi Televiziyasının (CCTV) əsas qurumu olan Çin Media Qrupu (CMG) İspaniya matçlarının və Mbappenin iştirak etdiyi oyunların Çin ərazisində yayımını dayandırmaq qərarı verib.Eyni zamanda, "Mengniu" və "Dongpeng Beverage" kimi iri Çin brendləri futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını və sponsorluq müqavilələrini ləğv etdiklərini bəyan ediblər.

Gərginliyin dərinləşməsindən sonra Kilian Mbappe çərşənbə axşamı rəsmi üzr istəyərək sözlərinin düşünülməmiş olduğunu, Çində və dünya üzrə yaşayan çinliləri incitdiyini anladığını bildirib.Mbappe ilə yanaşı, "Real Madrid" klubu və La Liqa rəhbərliyi də Çin xalqına qarşı xüsusi üzrxahlıq bəyanatı yayıblar.

Çin Xarici İşlər Nazirliyi təqdim olunan üzrxahlıqları diqqətlə nəzərə aldıqlarını açıqlasa da, Çin Media Qrupu yayım qadağasının nə vaxt götürüləcəyi barədə hələlik heç bir məlumat verməyib.

Pekin administrasiyası siyasi həssaslıqlarla əlaqədar idman yayımlarını ilk dəfə dayandırmır. Oxşar hadisə 2019-cu ilin oktyabrında baş verib. NBA-in "Houston Rockets" klubunun baş meneceri Deril Mori Honkonqda demokratiya tərəfdarı etirazçılara dəstək verən paylaşım etdikdən sonra Çin NBA oyunlarının yayımını bir il müddətinə dayandırmışdı. Morinin sonradan üzr istəməsinə və sponsorların dəstəyini yüksək qiymətləndirdiyini bildirməsinə baxmayaraq, qadağa uzun müddət qüvvədə qalmışdı.

Qalmaqallara baxmayaraq, "Real Madrid" keçirilən son matçda "Rasinq Santander"i Mbappenin, Cud Bellinqhemin və Yan Diomandenin qolları ilə 3:0 hesabı ilə məğlub edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…