“Komo” Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Lans”la qarşılaşıb və rəqibini 9:1 hesabı ilə darmadağın edib.
Opta statistik xidmətinin məlumatına görə, İtaliya klubu 1971-ci ilin sentyabrından bəri avrokuboklarda səfər matçında doqquz qol vuran ilk komanda olub.
Bu nəticəyə sonuncu dəfə Niderlandın “Feyenoord” klubu imza atıb. Komanda Kiprin Nikosiya şəhərini təmsil edən “Olimpiakos”u 9:0 hesabı ilə məğlub edib.