“Aston Villa” baş məşqçi Unai Emeri ilə müqavilənin uzadılması barədə konstruktiv danışıqlar apardığını açıqlayıb. 2024-cü ildə imzalanan beşillik müqavilənin başa çatmasına hələ üç il qalsa da, klub ispaniyalı mütəxəssisin komandada daha uzun müddət qalacağına ümid edir.
Açıqlama Emerinin “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçə biləcəyi barədə xəbərlərin yayıldığı vaxt verilib.
Klubun bildirdiyinə görə, “Aston Villa”da gələcək planlarının müzakirəsinə və uzunmüddətli idman və institusional inkişafın əsaslarının qoyulmasına həsr olunmuş işgüzar görüş keçirilib. Tərəflər uzunmüddətli strateji istiqaməti birlikdə müəyyənləşdirmək barədə razılığa gəliblər.
Açıqlamada 2029-cu ildən sonra da əməkdaşlığın davam etdirilməsi ilə bağlı ortaq anlaşmanın əldə olunduğu qeyd edilib. Klub Unai Emerinin idman rəhbərliyi altında inkişafını davam etdirməyi, ortaq ambisiyalar və daha da böyümək istəyi əsasında yaxın illərdə irəliləməyi planlaşdırır. Məqsəd ən çətin vəzifələrin öhdəsindən gələ, əhəmiyyətli nailiyyətlər qazana biləcək iddialı və rəqabətədavamlı “Aston Villa” yaratmaqdır.